x
Loading...

Tatoyan qoyun-keçi dalıyca düşüb, xal toplamağa çalışır - Hərbi ekspert

"Ombudsman Armen Tatoyan Ermənistanda baş verən hər neqativə görə Azərbaycanı günahlandırmaqla növbəti seçkilərdə Paşinyana rəqib olmaq üçün xal toplamağa çalışır".

Metbuat.az xəbər verir ki, bu açıqlamanı hərbi ekspert Ədalət Verdiyev edib. Onun sözlərinə görə, yenə itkin düşən 107 qoyun və 5 keçiyə görə Armen səsini atıb başına amma Basarkeçər ərazisində mayın 18-də, Tavuş rayonunun Kohb kəndindən olan gənc əsgər Norik Ağababyanın itkin düşməsi barədə danışmır.

"Sanki bu günə qədər Ermənistan tarixində heyvan oğurluğu olmayıb. 30 il Qarabağımızı tamamilə talan edən toplumun, keçi -qoyun söhbəti heç ciddi səslənmir, 2000-ə yaxın erməni əsgərin meyidi ortalıqda qurda- quşa yem olanda səsi gəlməyən biokütlə, keçiyə görə özünü parçalayır".

Qeyd edək ki, Ermənistanın ombutsmanı Arman Tatoyan Azərbaycan-Ermənista­­n sərhədində təhlükəsizlik zonasının yaradılması təklifi ilə çıxış edib. Xatırladaq ki, bundan əvvəl Tatoyan Azərbaycan hərbçilərinə şər və böhtan atırdı və irqçı çıxışlar edirdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR