x
Loading...

Ermənistanda universitetlər distant təhsilə hazırlaşır

Ermənistan Səhiyyə Nazirliyi ölkədəki koronavirusla bağlı vəziyyətlə bağlı yeni təkliflərlə çıxış edib.

Metbuat.az Sputnik Armeniya-ya istinadla xəbər verir ki, Ermənistan Səhiyyə Nazirliyi Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə universitetlərin distant təhsilə keçməsi ilə bağlı təklif təqdim edib. Açıqlamada bildirilir ki, bu tədbirlər ölkədəki koronavirusla bağlı vəziyyətlə əlaqədardır.

Qeyd edək ki, oktyabrın 25-nə olan məlumata görə, Ermənistanda koronavirusa yoluxanların sayı 296 552-yə yüksəlib. Gün ərzində yeni yoluxmaların sayı 1184-ə çatıb. Artıq Ermənistanda koronavirusun fəsadlarından 6055 nəfər ölüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR