Qafan şəhərinin başçısı Gevorq Parsyan bildirib ki, Ağdağ yüksəkliyi Azərbaycanın nəzarəti altına keçib.
Metbuat.az xəbər verir ki, Parsyanın sözlərinə görə, yüksəklik hələ 2020-ci ilin dekabrında Azərbaycan tərəfə verilib. Merin fikrincə iki gün əvvəl rus sərhədçilər ərazini tərk ediblər. və onların zamanında əraziyə diqqətsiz yanaşmaları səbəbindən həmin hissə azərbaycanlıların nəzarəti altına keçib.
Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti Gevorq Parsyanın fikirlərini təkzib edib.