Ayaqlardakı qəribə ağrı və hissiyyat bu vitamin defisitindən xəbər verir

Ayaqlarda ağırlıq, sanki daş asılma hissi, əzələlərində gərginlik və ağrı, oturduğu yerdən qalxanda sanki addım ata bilməməsi və bir az sonra açılışan ayaqlan sindromu D vitamini əskikliyindən xəbər verə bilər.

Metbuat.az medicina.az-a istinadən xəbər verir ki, məhz vitamin D əzələlərin normal işini təmin edir.

Düzdür, bu simptomlar digər nevroloji, onurğa və s. problemlərdə də olur, lakin ilk öncə qanda D vitamini yoxlamaq lazımdır.

D vitamini çatışmadıqda kalsium mübadiləsi də pozulur, sümüklər kövrəkləşir, deformasiyaya uğrayır, əzələ, oynaqlarda ağrılar, əzələ zəifliyi, onurğa, qabırğalarda, çanaqda ağrılar əmələ gəlir. Xüsusən insan yataq və stuldan qalxanda bir anlıq sanki bu ağrı tutur. Ağrılar hətta uşaqlarda da ola bilər. Bu vəziyyət osteomalyasiya adlanır.

Bu diaqnozun müalicəsi orqanizmdə D vitamini və kalsiumu artırmaqdır. Bunun üçün həkim təyinatı ilə qida əlavəsi və vitaminlər qəbul edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR