Xarici dillər üzrə fəlsəfə doktoru imtahanlarının keçirilmə qaydası açıqlanıb

Bu ilin dekabrında keçiriləcək doktoranturaya və dissertanturaya xarici dillər üzrə fəlsəfə doktoru imtahanları dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar), yazı və danışıq bloklarından ibarət olmaqla təşkil olunacaq.

Dövlət İmtahan Mərkəzindən Metbuat.az-a a verilən məlumata görə, proqramlar üzrə yoxlanılıb qiymətləndirilməsi nəzərdə tutulan bacarıqlar və imtahanın strukturu və tapşırıq nümunələri haqqında linkə keçid etməklə əlavə məlumat ala mümkündür.

Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında da danışıq sahəsində bacarıq və vərdişlərinin yoxlanılması həyata keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)