Paşinyan Füzuliyə gəlmək istəyib? -

Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş administrasiya rəhbəri Edqar Qazaryan Ermənistan Baş naziri Nikol Paşinyanın Füzuli hava limanının açılış mərasiminə dəvət edilməməsinə görə qəzəblənib.

Metbuat.az xəbər verir ki, sosial şəbəkədəki hesabında Edqar Qazaryan yazıb ki, “Regionda sülh, nəqliyyatın blokadadan çıxarılması ideyasının müəllifi, yeni ərazilər ələ keçirmək niyyəti olmayan, qonşularla dostluğun tərəfdarı olan Ermənistan Baş naziri Nikol Paşinyanı Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə baş tutan Füzuli hava limanının açılış mərasiminə dəvət etməmək nankorluğun, kobudluğun əsl təzahürüdür”.

Görünür Qazaryanın "Çağrılan yerə ərinmə, çağrılmayan yerdə görünmə" məsəlindən xəbəri yoxdur...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR