Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start verilib.
Metbuat.az xəbər verir ki, turun açılış matçı "Zirə" və "Keşlə" komandaları arasında baş tutub. Bu oyunda Rəşad Sadıqovun komandası inamlı qələbəyə sevinib - 2:0.
Günün və turun mərkəzi oyununda isə "Qarabağ" və "Neftçi" üz-üzə gəlib. Ağdam təmsilçisi rəqibini 4:0 hesabı ilə darmadağın edərək 20 xalla vahid lider olub.