Üsyançılar yenə dinc sakinləri hədəfə aldı -

Yəmənin Marib şəhərinə növbəti dəfə ballistik raketlərlə hücum edilib.

Metbuat.az xəbər verir ki, Husi üsyançıları tərəfindən təşkil edilən hücum zamanı dinc sakinlər arasında itkilər var. Yerli mənbələrin məlumatına görə, son günlər Husilər ballistik raketlərlə tez-tez zərbələr endirir. Ötən həftə baş verən oxşar hücum zamanı çox sayda dinc insan həlak olub.

Yəmən hökuməti beynəlxaq təşkilatları Husilərə qarşı addım atmağa çağırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR