ABŞ Yəməndəki Husi üsyançılarını hücumları dayandırmağa çağırıb.
Metbuat.az xəbər verir ki, açıqlamaya görə, üsyançılar hərbi əməliyyatları dayandırmalı atəşkəsə razılıq verməlidir. Bildirilir ki, yaşayış məntəqələrinin hədəfə alınması yolverilməzdir.
Qeyd edək ki, Husi üsyançıları Marib şəhərinə ballistik raketlərlə intensiv hücumlar təşkil edir. Onlarla dinc insan həlak olub.