[ 29 May 2015 19:39 ]


Bakı – APA. ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya xarici işlər naziri İvitsa Daçiç Azərbaycana səfər edəcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər 31 may-1 iyun tarixində baş tutacaq.

Səfər çərçivəsində İ. Daçiçin Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.