Kabildəki hücumu İŞİD təşkil edib

Əfqanısanın paytaxtı Kabildəki hərbi tibb mərkəzinə təşkil edilən hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.

Metbuat.az xəbər verir ki, bu barədə təşkilatın sosial media hesablarında açıqlama yayılıb. Bildirilib ki, hücum 5 silahlı tərəfindən təşkil edilib. İŞİD nümayəndələri iddia edib ki, hücum zamanı “Taliban”ın əsas komandanlarının da aralarında olduğu bir neçə nəfər ölüb.

Qeyd edək ki, “Taliban” hücum nəticəsində 4 dinc sakin və 3 “Taliban” nümayəndəsinin öldüyünü açıqlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR