Milli Məclisin növbəti plenar iclası noyabrın 5-də keçiriləcək.
Metbuat.az xəbər verir ki, iclasda 10 məsələ müzakirə ediləcək.
Bunlar 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Milli Məclisin bəyanatı, 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanun layihələri və bir sıra qanunlara üçüncü oxunuşda təklif edilən məsələlərdir.