Bakı, 29 may, AZƏRTAC
ATƏT-in fəaliyyətdə olan sədri statusunda Serbiyanın xarici işlər naziri İvica Dacic 31 may - 1 iyun tarixlərində Azərbaycanda rəsmi səfərdə olacaq.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində İ.Dacicin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.
Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.