Şimali Koreyanın quru qüvvələri təlimlər keçirib.
Metbuat.az xəbər verir ki, bu barədə Şimali Koreyanın rəsmi mənbələri məlumat yayıb. Bildirilir ki, təlimlərin məqsədi ordunun müdafiə qabiliyyətini artırmaqdır. Təlimlərə topçu qüvvələri cəlb edilib. Təlimlərdə dövlətin yüksək rütbəli məmurları da iştirak edib.
Pxenyanın təlim barəsindəki açıqlamasında bildirilib ki, Cənubi Koreya və ABŞ Şimali Koreyaya qarşı düşmən mövqeyindən əl çəkməlidir.