Çin ölkənin cənub-qərbində yerləşən çölllük ərazidə ABŞ donanmasının təyyarədaşıyan gəmisinin maketini inşa edib.
Metbuat.az xəbər verir ki, bu barədə ABŞ peyk görüntüləri əldə edib. Mütəxəssislər hesab edir ki, Çin ABŞ-la mümkün müharibəyə hazırlaşır. Məlumata görə, ABŞ hərbi qayıqlarının maketlərinin də olduğu hədəflər Çin ordusu tərəfindən sınaqdan keçiriləcək yeni roketin testi zamanı vurulacaq.
Qeyd edək ki, Çin və ABŞ arasında Tayvan səbəbilə gərginlik artıb. Çinin Tayvana müdaxilə edəcəyinə dair iddialar var. ABŞ Tayvanı müdafiə edəcəyini bəyan edib.