Şimali Koreyada insanlar küçədə acından ölür.
Metbuat.az xəbər verir ki, bu barədə BBC-nin hazırladığı hesabatda deyilir. Hesabatda Şimali Koreyada iqtisadi vəziyyətin çətin olduğuna diqqət çəkilir. Hesabata görə, 1990-cı illərdə də Pxenyan oxşar vəziyyətə düşmüşdü. Lakin indiki vəziyyət o qədər ağır deyil. Bildirilir ki, Şimali Koreyada vəziyyət belə davam edərsə, iqtisadiyyat daha da pis olacaq.
Hesabatda qeyd edilir ki, iqtisadi vəziyyətin çətinləşməsində ölkədə baş verən quraqlıq da rol oynayıb.