Səudiyyə Ərəbistanı qüvvələrinin Yəmənin müvəqqəti paytaxtı Ədəndən çəkildiyi barədə iddialar həqiqəti əks etdirmir.

Metbuat.az xəbər verir ki, bu barədə SPA agentliyi məlumat yayıb. Bildirilir ki, Ədəndə qüvvələrin yerdəyişməsi keçirilib. Məlumata görə, bu koalisiya qüvvələrinin strategiyasına uyğundur. Qeyd edək ki, Yəmənin bəzi mənbələrində çox sayda hərbçinin Ədəndən gəmilərlə ayrıldığı barədə xəbərlər yayılmışdı.

Səudiyyə Ərəbistanı Yəməndə koalisiya qüvvələrinə rəhbərlik edir.