Səudiyyə Ərəbistanına DƏHŞƏTLİ HÜCUM: Ordunun qərargahı ballistik raketlə vuruldu -

Yəməndəki Husi üsyançıları Səudiyyə Ərəbistanında hərbi məntəqəni vurduqlarını açıqlayıblar.

Metbuat.az Trthaber-ə istinadla xəbər verir ki, Husilərin yazılı açıqlamasına görə, yerlə bir edilən məntəqə hərbi qərargah olub. İddialara görə, Zahran şəhərindəki qərargaha balistik raket atılıb. Ölü və yaralıların olduğu irəli sürülür. Krallıq hadisə barədə açıqlama verməyib.

Həmçinin üsyançılar Taiz və Marib şəhərlərinə də ballistik raketlər atıldığını bildiriblər. BMT Yəmən üzrə xüsusi təmsilçisi də Taiz və Marib şəhərlərinin bombalandığını bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR