2021-ci ilin yanvar-oktyabr aylarında əsas kapitala 10568,5 milyon manat məbləğində, yaxud 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,5 faiz az vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən Metbuat.az-a verilən məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9,2 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 13,1 faiz azalıb.

Məlumata görə, istifadə olunan vəsaitin 6999,6 milyon manatı və ya 66,2 faizi məhsul istehsalı sahələrinə, 2757,8 milyon manatı (26,1 faizi) xidmət sahələrinə, 811,1 milyon manatı (7,7 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.İnvestisiya qoyuluşunun 7 020 milyon manatını və yaxud 66,4%-ni daxili vəsaitlər təşkil edib, 7 031 milyon manatı və yaxud 66,5%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 55,1 faiz, büdcə vəsaitləri 24,1 faiz, sair vəsaitlər 7,4 faiz, əhalinin şəxsi vəsaitləri 7,3 faiz, bank kreditləri isə 6,1 faiz təşkil edib.