ABŞ, İsrail, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn birgə təlimlər keçirir.
Metbuat.az xəbər verir ki, təlimlər Qırmızı dənizdə keçirilir. Məlumata görə, müdafiə qabiliyyətinin artırılmasını əhatə edən təlimlər 5 gün davam edəcək. Açıqlamada bildirilir ki, dənizdə əməkdaşlıq bölgədəki sabitliyə xidmət edəcək, dəniz ticarətinin təhlükəsiz davam etməsinə şərait yaradacaq.
Qeyd edək ki, ABŞ və İsrail ilk dəfədir ərəb ölkələri ilə birgə təlimlər keçirir.