Husilərə məxsus 3 pilotsuz təyyarə

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Ənsarullah (Husi) yaraqlılarının Yəməndən atdığı üç silahlı pilotsuz uçan aparatı məhv edib.

Metbuat.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA koalisiyanın komandanlığına istinadən məlumat yayıb. Səudiyyə Ərəbistanının cənubunda səmada pilotsuz təyyarələr məhv edilib. Koalisiya həmçinin Yəmənin Əl-Beyda və Marib əyalətlərində son döyüşlər zamanı 105 husinin məhv edilməsi və üsyançıların 19 hərbi maşınının məhv edilməsi barədə məlumat verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR