Lerikdə “Erkən nikah problemi və ona qarşı mübarizə yolları” mövzusunda tədbir keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lerik Rayon İcra Hakimiyyəti (RİH) və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Lüləkəran kənd tam orta məktəbində “Erkən nikah problemi və ona qarşı mübarizə yolları” mövzusunda tədbir keçirilib.

Metbuat.az xəbər verir ki, tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Səyyad Babakişiyev, Lerik RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-Dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov, Rayon Polis Şöbəsinin Yetkinlik yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili qrupunun baş inspektoru, polis kapitanı Amil Kərimov, məktəbin direktoru Arzuman Ağayev, Lüləkəran kənd məscidi dini icmasının sədri Rauf Əliyev, müəllimlər və yuxarı sinif şagirdləri iştirak edib.

Çıxışlar zamanı erkən nikahların cəmiyyətimizdə yaratdığı mənəvi, sosial və hüquqi zərərləri haqqında danışılıb. Erkən nikah halları insan hüquqlarının pozulması kontekstində izah edilib. Radikal dini təsirlər, erkən nikahlar və zərərli vərdişlərə qarşı mübarizədə gənclərin elm və təhsilə yiyələnmələrinin əhəmiyyəti vurğulanıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)