40 milyon subsidiya ayrılır, hələ də şagirdlər paltoda dərs keçirlər -

“Azəristiliktəchizat” ASC-yə bu ilin büdcəsindən 40 milyon manat subsidiya ayrılması nəzərdə tutulub. Siz yəqin ki, məktəblərdəki görüntüləri izləmisiniz. Elə məktəblər var ki, şagirdlər hələ də paltoda otururlar. Hələ rayon məktəblərində də bu problem hələ də qalır”.

Metbuat.az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı deputat Fazil Mustafa deyib. Millərt vəkili vurğulayıb ki, “Azəristiliktəchizat” ASC 285 orta məktəbə və 130 bağçaya istilik verməlidir. Amma bəzilərinə verilməyib. Verilənlərdə də keyfiyyət aşağıdır. Fazil Mustafa qeyd edib ki, əsas olan problemin həll edilməsidir.

O bu halları aradan qaldırmaq üçün müəyyən təkliflər də irəli sürüb.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR