28 noyabrda İspaniyanın paytaxtı Madrid şəhərində davam edən Parlamentlərarası İttifaqın 143-cü Assambleyası çərçivəsində Qoşulmama Hərəkatının (QH) sədri qismində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü əsasında Hərəkatın Parlamentlər Şəbəkəsinin təsis iclası keçirilib.
Xarici İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, iclasa Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova sədrlik edib.
QH üzv dövlətlərinin parlamentlərinin spikerləri, spiker müavinləri və deputatlarının iştirakı ilə keçirilmiş iclasda Hərəkatın tarixində yeni səhifə açan və üzv dövlətlər arasında parlamentlərarası ölçünün inkişaf etdirilməsinə xidmət edəcək QH Parlamentlər Şəbəkəsi təsis edilib.
QH-nin fundamental dəyər və prinsiplərinin təşviqinə, Hərəkata üzv dövlətlər tərəfindən qəbul edilmiş qərarlara parlament dəstəyinin təmin edilməsinə, habelə QH üzv dövlətləri üçün ümumi maraq kəsb edən məsələlərin həll edilməsinə parlamentlərin töhfə verməsinə imkan yaradacaq bu Şəbəkə, yaranmaqda olan qlobal risk və təhdidlərə qarşı mübarizədə yeni çoxtərəfli əməkdaşlıq platforması rolunu oynayacaqdır.
Tədbirdə çıxış edən QH üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri QH-nin sədri qismində Azərbaycan Respublikasının bu əhəmiyyətli təşəbbüsünü yüksək qiymətləndirib və Şəbəkənin fəaliyyətində aktiv iştirak edəcəklərini vurğulayıblar.
İclasın yekununda Madrid Bəyannaməsi yekdilliklə qəbul edilib. Bəyannamədə təsis edilmiş Parlament Şəbəkəsinin Hərəkatın fəaliyyətinə verəcəyi töhfə və həyata keçirəcəyi funksiyalar vurğulanılır, Azərbaycanın Hərəkata səmərəli sədrliyi alqışlanır, habelə Şəbəkənin növbəti iclasının 2022-ci ildə Azərbaycanda keçiriləcəyi bildirilir.
Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin növbəti iclası Azərbaycanda keçiriləcək
Həmçinin oxu
Hikmət Hacıyevdən Anım Günü ilə bağlı paylaşım
metbuat.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
"Hakimiyyətə gəlməsək, sədrlikdən istefa verəcəyəm" - Özgür Özel
Bu gün
·
03:26
10 milyon xərcləyib 10 il cavanlaşdı - FOTO
Bu gün
·
01:09
Çimərlik güləşində Azərbaycan millisi tarix yazdı
Bu gün
·
00:15
Azərbaycanlıların olduğu bazar vuruldu - Ölən və yaralananlar var
Bu gün
·
00:03
İmişli Şəkər Zavodunda yanğın oldu - VİDEO
Dünən
·
23:42
4 bürcün həyatında yeni dövr başlayır
Dünən
·
23:31
Müdafiə Nazirliyi məlumat yaydı
Dünən
·
23:13
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi
Dünən
·
22:39
İrana hücumları bərpa etməyi düşünürəm - Tramp
Dünən
·
22:26
Veysəloğlu Şirkətlər Qrupunun rəhbərliyi Zəfər parkını ziyarət etdi - FOTO
Dünən
·
22:20
Türkiyədə ağır yol qəzası - Ölənlər var
Dünən
·
21:48
Gəncədə qəza oldu, xəsarət alanlar var - FOTO
Dünən
·
21:33
Vətən müharibəsinin ilk şəhidlərindən biri Zamiq Əhmədov anıldı - VİDEO
Dünən
·
21:26
Türkiyə MMN Azərbaycanın şəhidlərini andı
Dünən
·
20:47
Litva millisinin baş məşqçisi təəssüfləndi
Dünən
·
20:20