Ermənistanın keçmiş müdafiə naziri Davit Tonoyan iki ay həbsdə qalacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Tonoyanın vəkili Sergey Ovannisyan məlumat verib.

Xatırladaq ki, Tonoyan sentyabrın 30-dan həbsdədir. O, külli miqdarda pul mənimsəməkdə ittiham olunur.

Gülbəniz Hüseynli / METBUAT.AZ