Komanda yoldaşları ilə dalaşan Ronaldo hönkür-hönkür ağladı -

Ötən mövsümün Çempionlar Liqasında "Portuqaliya" ilə mübarizədən kənarlaşdırılan "Yuventus"un paltardəyişmə otağının görüntüləri ortaya çıxıb.

Metbuat.az xəbər verir ki, kadrlarda Kriştiano Ronaldonun komanda yoldaşları ilə mübahisə etdikdən sonra qəzəbdən ağladığı görünür.

Ronaldo dostlarına “Çox pis oynadıq, daha çox çalışmalıyıq. Biz bunu hər zaman edirik!” deyərək qışqırıb və hirsindən ağlayıb.

Qəzəbdən göz yaşlarına boğulan portuqaliyalı ulduzun həmin anları sosial mediada böyük əks-səda doğurub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR