Türkiyə Müdafiə Nazirliyi Azərbaycana başsağlığı verdi

Türkiyə Müdafiə Nazirliyi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib.

Metbuat.az xəbər verir ki, bu barədə nazirliyin rəsmi tviter hesabında paylaşım edilib. Paylaşımda deyilir:

“Qardaş Azərbaycanda Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin qəzaya uğraması xəbərini kədərlə öyrəndik. Bu faciəli hadisədə itirdiyimiz şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza tezliklə şəfa, bütün azərbaycanlı qardaşlarımıza isə başsağlığı və səbr diləyirik”, - paylaşımda vurğulanıb.

Qeyd edək ki, bu gün saat 10:40 radələrində DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR