Dünyanın ən bahalı şəhəri məlum oldu

İsrailin paytaxtı Təl-Əviv 2021-ci ildə yaşamaq üçün ən bahalı şəhər hesab olunub.

Metbuat.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Economist Group" şirkətinin tərtib etdiyi reytinqdə deyilir.

Belə ki, Təl-Əviv ötən illə müqayisədə 4 pillə irəliləyib. Bildirilir ki, bu, İsrail şekelinin ABŞ dollarına nisbətən məzənnəsinin uzun müddət yüksək qalması ilə əlaqədardır. Cari ildə ölkədə mal və xidmətlərin dəyəri ötən illə müqayisədə 3,5 faiz artıb. İkinci yerdə Fransanın paytaxtı Paris, üçüncü yerdə isə Sinqapur dayanıb.

Bundan başqa, ən bahalı şəhərlər sırasında ilk onluqda Sürix, Honq Konq, Nyu-York, Cenevrə, Kopenhagen, Los-Anceles, Osaka yer alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR