İki ay öncə atasını, dünən isə ərini itirdi -

Ötən gün "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları keçirən helikopterin qəzaya uğraması nəticəsində 14 nəfərin həlak olduğu, 2 nəfərin yaralandığı barədə xəbər vermişdik.

Metbuat.az bizim media-ya istinadla xəbər verir ki, vəfat edən hərbçilərdən biri kapitan Cavid Bayramlı olub.

1994-cü il təvəllüdlü Cavid Əhliman oğlu Bayramlı Naxçıvan Muxtar Republikasının Şahbuz rayonunda doğulub. O, ailəsi ilə birgə Yasamal rayonunda yaşayıb.

Əldə etdiyimiz məlumata görə, həyat yoldaşı Nuray 2 ay əvvəl atasını itirib.

Qeyd edək ki, Cavidlə Nuray cütlüyünün bir qız övladı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR