x
Loading...

Azərbaycandan beynəlxalq ictimaiyyətə - ÇAĞIRIŞ

“Hazırkı çox mühüm bir məqamda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə kömək etmək üçün bütün beynəlxalq ictimaiyyətin birgə səylərinə ehtiyac var”.

Metbuat.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, beynəlxalq ictimaiyyət yalan gözləntilərin yaranmasına yol verməməli və bütün səylərini üçtərəfli bəyanatların tam şəkildə həyata keçirilməsinə və regionda etimadın və sabitliyin yaradılması üçün ErmənistanAzərbaycanla praktiki əlaqələrə töhfə verməlidir:

“Dəyişən reallıqları nəzərə alaraq, Azərbaycan tərəfdaş ölkələri regionda inkişaf və əməkdaşlıq üçün yeni perspektivli imkanları dəyərləndirməyə və onlardan istifadə etməyə çağırır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR