Yəməndə Husi üsyançıları Marib şəhərinə hücum edib.

Metbuat.az xəbər verir ki, üsyançılar strateji önəmə sahib liman şəhərinə 4 ballistik raket atıb. Yerli mənbələrin məlumatına görə, raketlər yaşayış məntəqələrinə düşüb. Hücum zamanı 3 mülki şəxsin yaralandığı bildirilir.

Yəmən hökuməti beynəlxalq təşkilatlara çağırış edərək, Husi üsyançılarına qarşı tədbilər görülməsinin vacibliyini qeyd edib.