Tikinti işləri üçün həyətini qazdı: İnanılmaz hadisə ilə üzləşdi -

Türkiyənin Zonquldak vilayətində 76 yaşlı şəxs həyətində tikinti aparmaq üçün qazıntı işləri apararkən gözlənilməz hadisə ilə üzləşib.

Metbuat.az xəbər verir ki, Niamettin adlı şəxs Roma dövrünə aid tarixi əsərlər tapıb. Məlumata görə, mozaiklərin və tarixi əşyaların mühafizə edilməsi üçün ərazi nəzarətə götürülüb. Bildirilir ki, Mədəniyyət Nazirliyi bir müddət ərazidə qazıntı işləri aparsa da daha sonra işlər dayandırılıb. Ev yiyəsinin ərazidə tikinti aparmasına da icazə verilmir. Hadisə barədə eşidənlər əraziyə gələrək, tarixi tapıntı ilə tanış olurlar.

Tarixi alim İlber Ortaylı da ərazinin tədqiq edilməsi üçün çağırış edib. Bildirilir ki, hazırda əraziyə giriş-çıxış bağlı olsa da, tarixi əsərlərin oğurlanma təhlükəsi var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR