İnfeksionist: "Azərbaycanda "Omicron" ştamı aşkarlanmayıb"

"Hazırda Azərbaycanda “Omicron” ştamı aşkarlanmayıb".

Metbuat.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov “COVID-19 - Omikron ştamı” mövzusunda çıxışında deyib.

Onun szölərinə görə, vaksin yoluxmadan, ağır xəstəlik və ölüm hallarında yüksək faizlə qoruyur:

“Buster doza gücləndirici dozadır. Var olan immun cavabın daha da qüvvətləndirilməsi üçün vurulur. Bu, COVID-19-a spesifik olan bir şey deyil. Digər xəstəliklərə qarşı da zamanla, 10 il aralıqla peyvəndləri təkrarlayırıq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR