Müdafiə Nazirliyi və BQXK hərbçilər üçün seminar keçirib

Müdafiə Nazirliyi Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyi ilə birgə 2021-ci ilin fəaliyyət planı çərçivəsində hərbi qulluqçular üçün Beyləqan, Bərdə və Gəncə şəhərlərində beynəlxalq humanitar hüquq mövzusunda seminarlar təşkil edib.

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, seminarlarda beynəlxalq humanitar hüququn əsasları, norma və prinsipləri, eləcə də münaqişə zonalarında onların tətbiq edilməsinin əhəmiyyəti barədə hərbi qulluqçulara ətraflı məlumat verilib.

Eyni zamanda, döyüş əməliyyatları gedən ərazilərdə mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, hərbi əsirlərlərlə davranış qaydaları, eləcə də Cenevrə Konvensiyalarının digər tələblərinə dair fikir mübadiləsi aparılıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR