Eto prezident seçildi

Kamerun yığmasının sabiq futbolçusu Samuel Eto Kamerun Futbol Federasiyasının prezidenti təyin edilib.

Metbuat.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

O, növbəti dörd il ərzində bu vəzifəni icra edəcək.

Seçildikdən sonra Eto investorlar tapacağını və ölkədə onlarla futbol stadionu tikəcəyini vəd edib.

Qeyd edək ki, futbolçu karyerasını 2019-cu ildə Qətər klubunda başa vurub. Dörd dəfə Afrikada ilin futbolçusu seçilib.

O, karyerası ərzində “Barselona”, “İnter” və “Çelsi” kimi klublarda çıxış edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR