Özbəkistan mətbuatında Azərbaycan Xalq Cümhuriyyəti haqqında materiallar dərc olunub

08:18 30 May 2015
41 Ölkə
Ölkə mətbuatı
A- A+


Daşkənd, 30 may, AZƏRTAC
Özbəkistanın sharh.uz, uchildiz.uz, 12news.uz portalları Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı material dərc edib.
Məqalədə deyilir ki, 1918-ci ildə Azərbaycan Milli Şurası tərəfindən Tbilisidə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik və dünyəvi dövlət olub. Qısa müddət ərzində böyük işlər görülüb, ordu formalaşdırılıb. Lakin bu dövlət uzun müddət yaşaya bilməyib və süqut edib.
Qeyd olunur ki, 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa edəndə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı, gerbi və himnini qəbul edib.
Məqalədə deyilir ki, 28 May - Respublika Günü münasibəti ilə Bakıda keçirilən rəsmi mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər.
Materialda Azərbaycan Prezidenti İlham Əliyevin mərasimdəki çıxışından sitatlar da verilib.
Orada bildirilir ki, Özbəkistan Prezidenti İslam Kərimov Respublika Günü münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ozbekistan_metbuatinda_Azerbaycan_Xalq_Cumhuriyyeti_haqqinda_materiallar_derc_olunub-859306

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR