Lionel Messi Cənubi Amerikada ilin futbolçusu sayılıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Cənubi Amerika zonasında 2021-ci ilin ən yaxşı futbolçusunu açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu ada Fransanın PSJ klubunda çıxış edən Argentina millisinin üzvü Lionel Messi layiq görülüb.

Qeyd edək ki, Lionel Messi noyabrın 29-da karyerasında 7-ci dəfə "France Football" nəşrinin "Qızıl top" mükafatına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR