Fernando Muslera üçün mövsüm bitib

“Qalatasaray”ın qapıçısı Fernando Muslera bu mövsüm forma geyinə bilməyəcək.

Metbuat.az xəbər verir ki, klubun yaydığı məlumata görə, təcrübəli qapıçı Türkiyə Super Liqasının XVI turunda “Sivasspor”la (0:1) səfər matçında ağır zədə alıb.

Bu üzdən 84-cü dəqiqədə əvəzlənən Uruqvay millisinin qolkiperinin sol diz iç yan bağlarında yırtıq aşkarlanıb. Həmçinin ön çarpaz bağları da xəsarət alıb. Bu səbəbdən Musleranın mövsümü başa vurduğu açıqlanıb.
Fernando Muslera üçün mövsüm bitib



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR