20 ildən sonra ilk dəfə: Almaniyanın hərbi gəmisi Cənubi Çin dənizinə girdi

20 il sonra ilk dəfə Almaniyaya məxsus hərbi gəmi Cənubi Çin dənizinə daxil olub.

Metbuat.az xəbər verir ki, bu barədə Almaniyanın Müdafiə Nazirliyi açıqlama yayıb. Bildirilir ki, gəmi Sinqapura üzmək üçün Cənubi Çin dənizindən tranzit kimi istifadə edib. Gəminin Çinlə mübahisəli ərazi hesab edilən Tayvan sahillərindən keçməsi gözlənilmir.

Qeyd edək ki, son vaxtlar Cənubi Çin dənizində nüfuz uğrunda gərginlik yaşanır. Bu bölgə Avropanın xarici ticarətinin 40 faizini təşkil edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR