Dumada müzakirə zamanı DAVA DÜŞDÜ:

Rusiya Kommunist Partiyasının Dövlət Dumasında deputatları ictimai yerlərdə QR-kodların tətbiqi ilə bağlı qanunun birinci oxunuşu zamanı etiraz aksiyası keçiriblər.

Metbuat.az xəbər verir ki, onlar üzərində “Rusiya Mərkəzi Komitəsi QR-faşizmə qarşıdır” sözləri yazılmış plakat nümayiş etdiriblər. Bu da hakim “Vahid Rusiya” partiyasının deputatları ilə mübahisəyə səbəb olub.

Dumanın spikeri Vyaçeslav Volodin hadisəni "sirk" kimi qiymətləndirərək, "deputatların yarım milyon rubl aldığını və tamaşalar göstərməyə başladığını" elan edib. Yeri gəlmişkən, qanun 87 əleyhinə 329 səslə qəbul edilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR