"Qara qızıl"ın qiyməti fərqli dinamika üzrə dəyişib

Dünya bazarında Brent neftin qiyməti artıb, WTI isə ucuzlaşıb.

Metbuat.az xəbər verir ki, bu saata olan göstəricilərə görə, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2022-ci ilin fevral müqaviləsinin dəyəri 0,81% artaraq 1 barelə görə 72,10 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin fevralında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 3,71% azalaraq 68,23 dollar təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR