Bütün tələbələr Qarabağa gedib tikinti işlərində iştirak edə bilər -

"Azərbaycan gəncləri gedib Qarabağda işləməlidir".

Metbuat.az xəbər verir ki, bunu deputat Aqil Abbas deyib:

"Bu, 10 minə qədər işçi qüvvəsi deməkdir. Azərbaycan gənci Qarabağda döyüşüb, qazi olub, şəhid olub. Bu gənclər indi də o tikinti işlərində iştirak edə bilərlər. Bütün tələbələr oraya könüllü gedib, o işlərdə iştirak edə bilər. Onlar pul da istəməyəcəklər. Müharibəyə gedənlər pul istədilər, ölməyə gedəndə pul istədilər?Yox. Tikməyə gedəndə də pul istəməyəcək".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR