Britaniyalı həkimlər orqanizmdə D vitamini çatışmazlığının əsas əlamətlərindən danışıblar.

Metbuat.az trend-ə istinadla bildirir ki, bu vitaminin çatışmazlığına sümük ağrısı ilə yanaşı, bədən zəifliyi də işarə edə bilər. Həkimlər D vitamini çatışmazlığının ürək və ya xərçəngdən ölüm riskinin artması ilə əlaqəli olduğunu vurğulayıblar.

Mütəxəssislər bu vitamini qəbul etməzdən əvvəl həkimə müraciət etməyi məsləhət görüblər.