Ronaldo “Barselona”ya keçə bilər

"Mançester Yunayted"in ulduz hücumçusu Kriştiano Ronaldo İspaniyaya qayıda bilər.

Metbuat.az xəbər verir ki, iddialara görə Ronaldo "Barselona"da çıxış etmək fikrindədir.

Bildirilir ki, futbolçu "Mançester Yunayted"də komanda yoldaşı olan Pike vasitəsilə baş məşqçi Xavi Ernandeslə də danışıb. Bunu futbolçunun meneceri Xorxe Mendes İspaniya klubunun prezidenti Joan Laporta ilə də müzakirə edib, keçidin mümkünlüyü barədə danışıq aparıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR