Nazirlik daha 50 nəfər əlilliyi olan şəxsi istirahətə göndərdi

Nazirlik daha 50 nəfər əlilliyi olan şəxsi istirahətə göndərdi
11:58 30 May 2015
20 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 30 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) daha 50 nəfər əlilliyi olan şəxsi Şəki rayonundakı istirahət və sağlamlıq mərkəzinə göndərib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, son iki ayda ƏƏSMN tərəfindən 476 nəfər əlilliyi olan şəxs istirahətə yola salınıb. Onlardan 286 nəfəri Lənkəranda, 190 nəfəri isə Şəki rayonunda yerləşən istirahət və sağlamlıq mərkəzlərinə göndərilib.
Həmin mərkəzlərdə əlillliyi olan şəxslər müxtəlif fizioterapevtik müalicələrə cəlb olunurlar. Həmçinin onlar üçün görməli yerlərə, tarixi abidələrin yerləşdiyi məkanlara gəzinti turları, idman yarışları və viktorinalar, musiqili-əyləncəli tədbirlər və s. təşkil edilir.
Əlilliyi olan şəxslərin istirahətinin təşkili ƏƏSMN-nin “2015-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” əsasında həyata keçirilir.
Yola düşərkən əlillər onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Nazirlik_daha_50_nefer_elilliyi_olan_sexsi_istirahete_gonderdi-859346

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR