Türk komandolardan uğurlu əməliyyat: Hücuma hazırlaşan qüvvələr məhv edildi

Suriyanın şimalında Türkiyə hərbçilərinə qarşı hücuma hazırlaşan, 8 terrorçu məhv edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb. Açıqlamada deyilir ki, qəhrəman komandolar Suriyanın şimalında terrorçulara zərbə vurmağa davam edir. Məlumata görə, “Sülh bulağı” hərəkat bölgəsində terrorçuların türk hərbçilərinə qarşı hücuma hazırlaşdığı müəyyən edilib.

Cavab tədbirləri nəticəsində onlar hücuma keçmədən zərərsizləşdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR