Qarabağdakı sülhməramlılarının komandanı yenə

Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanı yenə dəyişib.

Metbuat.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Qarabağdakı sülhməramlı qüvvələrə general-mayor Andrey Volkov rəhbərlik edəcək.

A. Volkov hazırda Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinin Radiasiya, Kimya və Bioloji Müdafiə qoşunlarının rəisidir.

Qeyd edək ki, bu, son bir il 2 ay ərzində 4-cü komandan dəyişikliyidir. İlk komandanı Rüstəm Muradov, ardınca general-mayor Mixail Kosobokov yerinə yetirib. Daha sonra bu vəzifəyə Gennadi Anaşkin təyin olunub.

No description available.

Andrey Volkov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR