Prezident: Zəngəzur dəhlizi termini artıq beynəlxalq leksikona daxil edildi və əlbəttə, həyata keçiriləcək

Bizim səylərimiz nəticəsində Zəngəzur dəhlizi termini artıq beynəlxalq leksikona da daxil edilib. Hətta xarici jurnalistlər mənə sual verdikdə də Zəngəzur dəhlizi deyirlər.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.

“Bunu hər dəfə eşitdikcə, necə deyərlər, mənə çox xoş olur. Hər dəfə təxmin edirəm ki, Ermənistan tərəfi yəqin, yenə də başını divara vurur. Ona görə ki, bu, artıq beynəlxalq leksikona daxil edildi və əlbəttə, həyata keçiriləcək”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Prezident əmin olduğunu bildirib ki, 3+3 formatı çərçivəsində də keçiriləcək ikinci görüşdə daha predmetli, ilk növbədə, kommunikasiyaların açılması ilə bağlı müzakirələr aparılacaq. Burada hər bir ölkənin fayda götürməsi göz önündədir. Sadəcə olaraq, Ermənistan öz antiazərbaycan, islamofob, antitürk xislətlərindən əl çəkməlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR