Kremlin növbəti hədəfi - ÖZBƏKİSTAN:

"Rusiya prezidenti Vladimir Putin tərəfdən Özbəkistana təzyiqlər var. Bu təzyiqlərin olmasına səbəb Özbəkistanın keçmiş prezidenti İslam Kərimov vəfat etdikdən sonra hakimiyyətə gələn Prezident Şövkət Mirzəyevin yürütdüyü siyasətdir".

Bu açıqlamanı Metbuat.az- a siyasi analitik Teymur Qasımlı edib. Onun sözlərinə görə, Mirzəyev hakimiyyətə gəlişi ilə Özbəkistanda bir çox islahatlar apardı. Bu da Kremlin narazılığına səbəb olurdu.


"Bildirim ki, Şövkət Mirzəyev ölkədə yeniliklər edərək, siyasi məhbusları əfv etdi, Qərb təşkilatlarının ölkəyə gəlməsinə icazə verdi, Vaşinqton və Qərb ilə əməkdaşlıq edərək Türkiyə ilə də yaxın münasibətlər sərgilədi. Prezident ölkəyə kapital qoyuluşu xüsusilə də Səuddiyyə Ərəbistan ilə də əməkdaşlıq sayəsində Özbəkistan iqtisadiyyatına milyardlarla dollar investisiya yatırılmasına nail oldu. Bütün bunlar Rusiyanı qıcıqlandırmaya, narahat edə bilməzdi. Putin istəyir ki, Qırğızıstan kimi Özbəkistanın da ikinci dilini rus dili etsin. Amma bu Özbəkistan tərəfindən rədd edilib özbək dilinin daha da inkişaf etdirilməsinə səbəb olduğu üçün Rusiya yeni təzyiq üsulları axtarışına başlayır. Bu arada qeyd edək ki, Qazaxıstanda son zamanlar baş verənlər də olduqca maraqlı məqamları ortaya çıxarıb. İxtişaşlar zamanı həbs edilənlərin qırğız, özbək, türkmən vətəndaşları olması faktı da var. Orta Asiya həssas bir bölgə olduğu üçün bu dövlətlərin vətəndaşlarının bir-birinə olan dırnaq arası sevgisinin necə olduğunu təsəvvür etmək heç də çətin deyil".

Müsahibimiz bildirdi ki, uzun müddətdir ki, Qazaxıstanda baş verənlər də Putinə şərait yaratdı ki, digər türkdilli dövlətlərə xüsusəndə Özbəkistana qarşı təzyiq rçarqlarını işə salmış olsun.

Xüsusilə bu hadisədən sonra Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan ilə Özbəkistanın Prezidenti Şövkət Mirzəyev arasında olan telefon danışığı, Daşkənddə orta məktəblərin yanvarın 25-nə kimi dayandırılması, ordunun xüsusi hərbi təlimlərə cəlb edilməsi onu deməyə əsas verir ki, Özbəkistan da Rusiya qarşısında aciq bir mövqedə duracaq dövlət deyidir.

Bəs Özbəkistana Əfqanıstandan islamçı qruplar gələ bilərmi? Qazaxıstanda baş verənlər Özbəkistan üçün də real görünürmü?

"2005-ci ildə Özbəkistanda baş verən Əndican qırğını hakimiyyətin reputasiyasına ciddi zərbə oldu. O zaman silahsız kütlə hökumət qoşunları tərəfindən mühasirəyə alınmış və əsgərlərə atəş açmışdılar. Rəsmi məlumata görə 187 nəfər həlak olmuşdur. Bu zaman Qərbdə baş verənlərdə dəstəkçi qismində iştirak edirdi. Rusiyanında maraqlarına cavab verən bu hadisələr zamanı bir neçə ay müddətində Özbəkistandan onlarca beynəlxalq təşkilat və jurnalist xaric edilmişdi. İslam Kərimov bu müddətdə həm Moskvaya həm də Qərbə doğru yaxınlıq göstərməklə vəziyyəti nəzarətdə saxlamağa çalışmışdı. Onu da qeyd edim ki, hazırda Belarusiya Prezidenti Aleksand Lukaşenkonun avantürüst, Putinə yaltaq bir formada çıxış etməsinə səbəb Belarusiyanın Özbəkistanı KTMT-yə cəlb etmək niyyətinə xidmət edir. Özbək dili ilə yanaşı ölkədə ikinci dilin rus dili olması, Qərbə inteqrasiya meyillərindən uzaqlaşmaq bu niyyətin əsas müddəalarındandır".

Teymur Qasımlı qeyd etdi ki, Özbəkistanda 30 ildən çoxdur ki, siyasi partiyalar, institutlar həmçinin siyasi lider kimi formalaşmış ikinci şəxslər də yoxdur. Ola bilsin ki, daxildə baş vermiş kiçik qığılcımların alovlanması səbəbindən hər hansı bir təxribatlara rəvac yaransın.

"Bütün bu sadaladıqlarımı nəzərə alaraq qeyd etmək istəyirəm ki, son günlər Özbəkistanla bağlı yaranmış bu vəziyyəti yaxından izləməkdə fayda var. Hər halda hər hansı bir hadisənin baş verməsi də istisna deyil" deyə Teymur Qasımlı fikirlərini yekunlaşdırıb.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR