Şimali Koreya daha iki ballistik raketi sınaqdan keçirib.

Metbuat.az xəbər verir ki, bu barədə Yaponiya hökuməti məlumat yayıb. Bildirilir ki, raketlər səhər saatlarında 3 dəqiqə fasilə ilə atılıb. Məlumata görə, mərmilər 50 kilometr hündürlükdə 300 kilometr məsafə qət edib. Bu son 17 gün ərzində Şimali Koreyanın həyata keçirdiyi 4-cü test olub. Qeyd edək ki, ötən həftə ABŞ raket sınaqlarına görə, Şimali Koreyanı sanksiyalarla təhdid edib.

Pxenyan isə bu təhdiddən sonra 3 raket sınaqdan keçirib.